Bir gözü olmayan körpə üçün bank hesabı açıldı
Tarix: 9-06-2015, 12:37 | Çap et
Bir gözü olmayan körpə üçün bank hesabı açıldı
Anadangəlmə sol gözü olmayan və bu kimi bir çox problemlə dünyaya gələn 1 yaşlı körpə ilə bağlı Axar.az saytında məlumat gedəndən sonra körpənin müalicəsi üçün valideynlərinə maddi yardım edənlərin sayı artıb.

Bu barədə məlumat verən anemiyadan əziyyət çəkən və tezliklə əməliyyat olunması vacib olan 1 yaşlı Vahid Məmmədlinin atası Elşən özü məlumat verib.

Atanın sözlərinə görə, övladı ilə bağlı saytlarda məlumat yerləşdiriləndən sonra onunla əlaqə saxlayaraq köməklik göstərənlər olub. Bu məqsədlə ata artıq bankda oğlu üçün hesabı da açdırıb. Körpənin əməliyyatı üçün köməklik etmək istəyənlər aşağıdakı bank hesabına pul yatıra bilərlər:

AZ921Baz333801019445242001333 Balaca Vahid İstanbulda gözündən, burnundan və qulağından əməliyat olunmalıdır. Bütün bu əməliyyatlar üçün isə 15.000 manat pul lazımdır.

Qeyd edək ki, Vahid Məmmədlinin anadangəlmə sol gözü yoxdur. Körpənin sağ qulağının yuxarı seyvanı bağlıdır. Sinəsində dərin çöküntü var. Qüsurlu gözünün yaş kanalından çirk gəlir. Bu da əməliyyat olunmadığı təqdirdə beyində bir sıra fəsadlara yol aça bilər. Vahid Ucar rayon mərkəzi xəstəxanasında dünyaya göz açıb. Rayon mərkəzi xəstəxanasının həkimləri uşaq dünyaya gəlməmişdən əvvəl hər şeyin yaxşı olduğunu, uşağın ana bətnində normal inkişaf etdiyini bildiriblər. Ana övladına hamiləlik müddətində ananın qanında mikrob tapıldığına görə hamiləlik dövrünün 3 ayına qədər Mingəçevir xəstəxanasında müalicə olunub. Sonradan həkim yolun uzaqlığını nəzərə alaraq ananın müalicəsini Ucar rayon mərkəzi xəstəxanasında davam etdirilməsini məsləhət görüb. Xəstəxananın ginekoloqu isə Mingəçevirdəki müalicənin səhv olduğunu bildirərək, xəstəni öz yöntəmləri ilə müalicə etməyə başlayıb. Körpənin anası hamiləlik dövrünün 8 ayına qədər heç bir üzi müayinəsinə getməyə icazə verilməyib, ona bir neçə kurs güclü antibiotik müalicəsi aparılıb.

Körpə tezliklə əməliyyat olunmasa, göz olmayan dəlikdəki çirk beyninə vuraraq onun ölmünə səbəb ola bilər.

Xatırladaq ki, kömək etmək istəyənlər Məmmədov Elşənlə əlaqə də saxlaya bilərlər (055) 589 06 08.

Bir gözü olmayan körpə üçün bank hesabı açıldı





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net