Elza Seyidcahandan Vaqifin ətri gəldi
Tarix: 9-06-2015, 11:16 |
Çap et
Bu gün müğənni-bəstəkar Elza Seyidcahan ANS telekanalında yayımlanan “Günəbaxan” verilişində yeni şeirini səsləndirib.
Axar.az xəbər verir ki, o bu şeiri Vaqif Səmədoğlunun dəfn mərasimi zamanı yaşadıqlarından təsirlənərək yazdığını dilə gətirib.
Sözügedən mətni təqdim edirik:
Vaqifin ətri
Gəldim səni yola salım, ətrini aldım
Sorağını saldım,
Səni yola salanların salamını aldım,
Bir məktəbli oğlan da mənə yaxınlaşıb:
– Pul dilənmirəm, ətir satıram,
– Şairi yola salıram, oğlan.
Ətir almıram, ətir vurmuram.
“Ehh... Bu gün məni heç kəs başa düşmək istəmədi” – cavabını aldım.
Ətir satıram, çətir satıram, sətir satıram...
– Səmədin oğlunu yola salıram, başa düşürsən, oğlan?
– Nə olar, alın da, ətir satıram.
Atama kömək edirəm, anam bacıma baxır
– Dərslərə vaxt çatır?
– Bəli çatır. Yorulmuram. Gündə mənə iki ətir baxır.
Alın, ətir satıram.
– Ver, oğlan, ətrini ver.
Gəmişdim Vaqifi yola salım,
Gecikmişəm, barı onun ətrini səndən alım.
Ətrini aldım, ver, oğlan.
Ətrini alım.
Vaqifin ətrini...
- See more at: http://axar.az/news/54751#sthash.JBwnI8JD.dpuf