Avtomobildən imtina edən siyasilər - SORĞU
Tarix: 9-06-2015, 11:11 | Çap et
Avtomobildən imtina edən siyasilər - SORĞU
Bakı Şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov vətəndaşlara səslənərək, Avropa Oyunları ərəfəsində onları şəxsi avtomobillərindən imtina etməyə çağırdı. Bəs ictimaiyət arasında aktiv olan insanlar necə, ictimai nəqliyyatdan istifadə edəcəklər?

Hafta.az-ın sualını aşağıdakı şəxslər cavablandırdlar:

Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, oyunlar ərəfəsində ictimai nəqliyyatdan istifadə edəcək:

“Mən ictimai nəqliyyatdan istifadə etməyə pis baxmıram. Təbii ki, yollar bağlı olduğu zamanlar da mən də harasa getmək üçün ictimai nəqliyyatdan istifadə edəcəm”.

Millət vəkili Zahid Oruc da bildirib ki, bu oyunlar ərəfəsində vətəndaşların imkan daxilində şəxsi avtomobillərindən istifadə etməmələri, onların özləri ilə bərabər hər kəsə xeyir verər:

“Faktiki olaraq hər kəsin diqqəti bu tədbirlərin ən yüksək səviyyədə keçirilməsidir. Etiraf etmək lazımdır ki, Bakının nəqliyyat yükü kifayət qədər böyükdür. Hətta bölgə nəqliyyat vasitələrinin paytaxta girişinin dayandırılması belə, Bakıdakı sıxlığı aradan qaldıra bilməyib. Belə olan təqdirdə rəsmilərin nəqliyyat vasitəsindən imtinası da bir mesaj olardı. Biz yalnız sizin sualınızdan sonra bunu düşnməli olduq. Çünki etiraf etmək lazımdır ki, biz nəqliyyat vasitəsini elə bir aksesuara çevirmişik ki, sanki o bizim üçün hava, su kimidir. Mən oyunlara qədər şəhərdən kənarda olacağam. Lakin oyunlar ərəfəsində ictimai nəqliyyatdan istifadə edəcəm”.

Azərbaycan Sosial Demokratlar Partiyasının sədri Araz Əlizadə bildirib ki, bu günlərdə tıxaca düşüb Bakının yarısın fırlandıqdan sonra artıq özü üçün qərar verib:

“Qərar verdim ki, Birinci Avropa Oyunları ərəfəsində şəxsi avtomobilimdən istifadə etməyəcəm”.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədovanı da Birinci Avropa Oyunları ərəfəsində ictimai nəqliyyatda görəcəyik:

“Oyunlarla bağlı Bakıda bir çox yollar bağlanılır. Buna görə də mən də ictimai nəqliyyatdan istifadə edəcəyəm”.

Politoloq Arzu Nağıyev də bildirib ki, istənilən zaman şəxsi avtomobilindən imtina edə bilər:

“Mən Metronun Gənclik stansiyasına yaxın yaşayıram. İşlədiyim yer də Elmlər Akademiyası metro stansiyasının yaxınlığındadır. Yəni mənim üçün avtomobildən imtina etmək problem deyil və bunu edəcəyəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net