Kürdlər Ərdoğana rusca "net" dedilər...
Tarix: 9-06-2015, 10:55 |
Çap et
Parlament seçkilərində səslərin 13,1 faizini toplayan Xalqların Demokratik Partiyası (HDP) hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya hökuməti yaratmaqdan imtina edib.
Trend-in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu HDP lideri Səlahəddin Dəmirtaş deyib.
O bildirib ki, AKP HDP-yə koalisiya hökuməti yaratmaqla bağlı müraciət etsə, bundan imtina edəcəklər.