5 il əvvəl axtarışa verilmiş Azərbaycan vətəndaşı Rusiyada tutulub
Tarix: 9-06-2015, 09:57 | Çap et
5 il əvvəl axtarışa verilmiş Azərbaycan vətəndaşı Rusiyada tutulub
Rusiyanın Amur vilayətində 5 ildir, Azərbaycan tərəfindən axtarışa verilmiş Azərbaycan vətəndaşı Vasif Muxtarov tutulub.

Amur vilayəti azərbaycanlılar konqresinin sədri Məhəmməd Əsgərov APA-ya bildirib ki, V. Muxtarov Azərbaycanın və Rusiyanın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi birgə əməliyyat nəticəsində saxlanılıb. M. Əsgərovun sözlərinə görə, V. Muxtarov Azərbaycanda vətəndaşların külli miqdarda vəsaitinin mənimsəməsində ittiham olunur.

Məlum olub ki, o, uzun müddətdir, Amur vilayətində gizlənirmiş.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net