
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri husilərə aid olan “Skad” ballistik raketini məhv ediblər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.
Agentliyin məlumatına görə, husilərin Hamis əl-Muşait şəhərinə yönəldilən raketi “Patriot”lar vasitəsilə blok edilib.
Qeyd edək ki, Hamis əl-Muşait şəhəri Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşir.