“Rusların yaşadığı istənilən ölkəyə Kremlin müdaxiləsi mümkündür”
Tarix: 6-06-2015, 11:21 |
Çap et
"Rusiya nə qonşu, nə də digər ölkələr üçün məxsusi risk təşkil etmir”.
Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Elxan Mehdiyev bildirib. Onun sözlərinə görə, buna baxmayaraq rusların məskunlaşdıı ölkələrə Rusiyanın müdaxilə etməsi mümkündür:
“Qanunvericilikdə edilən son dəyişikliyə görə dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq rusların məskunlaşdığı ölkələrdə həmin rusların hüquqları pozularsa, onlara qarşı təzyqi və basqı olarsa, Rusiya bu ölkəyə müdaxilə edə bilər. Bu baxımdan rusların yaşadığı istənilən ölkəyə Kremlin müdaxiləsi mümkündür. Ümumilikdə isə bu gün də Ukrayna ilə ciddi gərginlik yaşayan Rusiyanın hansısa bir dövlət üçün ciddi risk və təhlükə təşkil etdiyini düşünmürəm”.