Türkiyə vətəndaş cəmiyyətindən I Avropa Oyunlarına dəstək
Tarix: 6-06-2015, 11:06 | Çap et
Türkiyə vətəndaş cəmiyyətindən I Avropa Oyunlarına dəstək
İstanbulda Türkiyənin vətəndaş cəmiyyəti nümayəndələrinin “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədilə görüşü keçirilib. Türk Dünyası Araşdırmalar Vəqfində Azərbaycanın İstanbuldakı baş konsulluğunun iştirakı ilə təşkil olunan görüşə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının, Bolqarıstan Türkləri Mədəniyyət Dərnəyinin, Ural Təhsil Mədəniyyəti və Strateji Araşdırmalar Dərnəyi və digər QHT-lərin təmsilçiləri və KİV nümayəndələri qatılıblar.

Konsulluqdan Trend-ə verilən məlumata görə, görüşdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin vəziyyəti, bu beynəlxalq tədbirin əhəmiyyəti barədə məlumat verilib. İştirakçılara “Bakı-2015” haqqında əyani vəsaitlər təqdim edilib.

Çıxış edənlər Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsinin Azərbaycanın sürətli inkişafı ilə birbaşa əlaqəli olduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, bu mötəbər yarışın Bakıda keçirilməsi bütün türk dünyası tərəfindən böyük rəğbətlə qarşılanır.

Əminliklə qeyd olunub ki, Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil edərək dünyada idmanın inkişafına böyük töhfə verəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net