Ərdoğan: “Almaniya sinifdə qaldı”
Tarix: 6-06-2015, 08:25 | Çap et
Ərdoğan: “Almaniya sinifdə qaldı”
“Misirdə demokratik seçkilərlə hakimiyyətə gəlmiş Məhəmməd Mursinin devrilməsini və ona ölüm hökmünün verilməsini qəbul edə bilmərik”

Bu açıqlama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, Qərbin bu məsələyə ikili yanaşdığını bildirib:

“Misirdə demokratik seçkilərlə hakimiyyətə gəlmiş Məhəmməd Mursinin devrilməsini və ona ölüm hökmü verilməsini qəbul edə bilmərik. Çünki biz Mursini tanıyırıq. Bu məsələdə ən böyük səhvi Almaniya etdi. Bu gün Mursini devirən Əbdülfəttah Sisi (Misir prezidenti) Almaniyaya gedir və Baş nazir Angela Merkellə prezident Yoahim Qaukla görüşür. “Siemens” şirkəti ilə Misir arasında 8-9 milyard avroluq müqavilə imzalanır. Bu, Almaniyanın sinifdə qalması deməkdir. Demək ki, Qərb demokratiyanı belə anlayır. Belə xırda “Siemens bu qədər iş görəcək, bu qədər mal satacaq” bəhanəsi ilə çevriliş edənlərlə əlaqələr quracaqsınızsa, hörmətinizi də itirəcəksiniz”. (axar.az)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net