Ermənistan Daxili İşlər Nazirliyinin əməkdaşları Ovannes Köçəryan, Artur Mədətyan və Sergey Zakaryan “SOS Q/7” internet-verilişinin aparıcısı Vilen Hayfecanyanı məhkəməyə verib.
Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, iddiaçı tərəflər Hayfecanyanın onları təhqir etdiyini əsas gətirərək, onun hüquqi məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Məhkəmə iyulun 28-də İrəvanda keçiriləcək.
Qeyd edək ki, “SOS Q/7”nin 11-ci buraxılışında qara geyimlilərin anaları küçə boyu necə sürüdükləri qeyd olunmuşdu.
Hadisə mayın 13-də əsgər analarının prezident iqamətgahının qarşısında keçirdikləri aksiya zamanı baş vermişdi. Həmin vaxt orduda dinc şəraitdə həlak olan əsgərlərin anaları polis tərəfindən ciddi təzyiqlərə məruz qalmışdı.