Bakının yol polisinin rəisi çağırış etdi
Tarix: 6-06-2015, 07:36 |
Çap et
Bakı şəhər Yol Polis İdarəsinin rəisi Nuşirəvan Səfərov vətəndaşlara müraciət etdi. Milli.Az xəbər verir ki, idarə rəisi Avropa Oyunlarının yüksək səviyyədə keçirlməsi, nəqliyyatın təhlükəsizliyinin təmin edilməsi üçün Bakıda avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulmasının vacib sayır.
Azərbaycan telıeviziyasının qonağı olan N.Səfərov bütün nəqliyyat vasitələrinin sahiblərindən Bakıda nəqliyyat vasitələrindən az istifadə etməyə, əsas üstünlüyü ictimai nəqliyyata verməyə çağırdı.
"Sürücülər tövsiyələrimizə əməl etsinlər, parklanma qaydalarını pozmasınlar. Pozularsa, tədbir görüləcək, evakuatorla cərimə meydançasına aparılacaq. Sürücülərin qaydalara əməl edəcəklərinə əminəm", - deyə idarə rəisi vurğuladı.
N.Səfərov tövsiyə etdi ki, rayonlardan vacib işi olmayanlar Bakıya gəlməsin: "Bakının 3 yerində xüsusi dayanacaqlar ayrılıb. Şəxsi avtomobilini saxlayıb şəhərə avtobusla daxil ola bilər. Çünki həmin dayanacaqdan şəhərə avtobuslar işləyəcək. Xahiş edirik ki, Bakıya nəqliyyat vasitəsilə az daxil olsunlar. Avtomobili bir neçə gün saxlaya bilərlər. Mühafizə olunan dayanacaqlardı və heç bir ödəniş olmayacaq.
Yük maşınları üçün gecə vaxtı hərəkətinə icazə veriləcək. Yükgötürmə qabiliyyəti 3 tondan az olan maşınlara icazə veriləcək. Amma iritonnajlı yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulacaq. Lazımsız maşınlar şəhərə buraxılmayacaq, xarici görünüşü yaxşı, saz olan yük maşınları xüsusi icəzə ilə axşam vaxtı şəhərə buraxılacaq".