Puşkin Bakıda anıldı
Tarix: 6-06-2015, 06:42 | Çap et
Puşkin Bakıda anıldı
Bu gün tanınmış rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 216-cı il dönümü münasibətilə Bakıda anım mərasimi keçirilib.

Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyi, Səbayel Rayon İcra Hakimiyyəti və Azərbaycan-Rusiya Dostluq Qrupunun birgə təşkilatçılığı ilə Puşkinin Bakıdakı abidəsi önündə keçirilən tədbirdə Rusiyanın Azərbaycandakı səfiri, Yazıçılar Birliyinin sədri, yazıçı Anar da iştirak ediblər.

Səbayel RİH-in nümayəndəsi tədbirdə çıxışında Puşkinin Azərbaycan ədəbiyyatında da mühüm yerindən danışıb.

160 və 141 saylı orta məktəblərin şagirdləri isə Puşkinin əsərlərindən parçalar oxuyub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net