
Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının iclası keçirilib.
ANS PRESS-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 3-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyi dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
İclasda iştirak edən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov quruma üzv olan ölkələrin Müdafiə nazirləri ilə MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini müzakirə edib.