Asim Mollazadə AŞPA-dakı seçki müzakirələrinə qatılacaq
Tarix: 3-06-2015, 16:48 |
Çap et
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Azad seçki hüququnun həyata keçirilməsi: seçki qanunvericiliyinin tətbiqində çağırışlar və Avropa Şurası standartlarına əməl edilməsi” mövzusunda keçiriləcək parlament konfransında iştirak etmək üçün Parisə gedib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təşkilatçılığı ilə keçiriləcək konfransda seçki kampaniyaları və inzibati resurslardan istifadə, seçki siyahılarında qeyri-dəqiqliklər və xaricdə yaşayan vətəndaşların səsverməsində çətinliklər, seçki komissiyalarının fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.