ANS-in uçqun altında qalan əməkdaşı xilas edildi. ANS PRESS-in məlumatına görə, kanalın əəkdaşı Tünzalə Rafiqqızı Fövqəladə Hallar Nazirliyinin riskli xialsetmə xidmətinin kinoloji mərkəzində olub.
O, FHN-in keçirdiyi xüsusi xilasetmə əməliyyatında da iştirak edib. Əməliyyatda peşəkarları tərəfindən hazırlanan xüsusi təlim görmüş itlər də olub. Həmin itlər bir çox axtarış işlərinin görülməsində, xüsusi ərazilərin qorunmasında istifadə edilirlər. Ən çox ixtisaslaşan itlər insan axtarışı və partlayıcı maddələrin tapılmasını həyata keçirir.
Əməliyyatlarda birbaşa iştirak edən itlər Tünzalə Rafiqqızını uçqun altında qalan daşların arasından tapdı. Xilasetmə zamanı nəinki Qafqazda, eləcə də dünyada ilk olan sistem tətbiq edilib. Belə ki, əvvəlcə zərərçəkənin səhhəti ilə maraqlanmaq üçün tibb iti göndərilib. İt dərman və su gətirib. Gətirdiyi ratsiya ilə də xilasedicilərlə əlaqə saxlayıb.
ANS PRESS xilasetmə prosesindən maraqlı görüntüləri təqdim edir.