Obama: “Netanyahu İsrailin nüfuzunu zədələyir”
Tarix: 3-06-2015, 12:43 | Çap et
Obama: “Netanyahu İsrailin nüfuzunu zədələyir”
“Netanyahunun Fələstinlə sülh danışıqlarının yenidən başlaması üçün təklif etdiyi şərtlər İsrailin nüfuzunu zədələyir”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Barak Obama çıxış edib. O, İsrail Baş naziri Benyamin Netanyahunun məqsədli şəkildə qəbuledilməz şərtlər ortaya qoyduğunu bildirib:

“Netanyahunun Fələstinlə sülh danışıqlarının yenidən başlaması üçün təklif etdiyi şərtlər İsrailin nüfuzunu zədələyir. Çünki onun istədiyi şərtlərin yaxın vaxtlarda həyata keçirilməsi imkansızdır”.

Qeyd edək ki, Netanyahu Fələstinlə sülh danışıqlarının yenidən başladılması üçün İordaniya çayının Qərb sahilindəki qeyri-qanuni məskunlaşmaların genişlənməsinə icazə istəyib. Lakin Fələstin rəhbərliyi buna qarşı çıxıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net