İraqın baş naziri dünya ictimaiyyətini QINADI
Tarix: 3-06-2015, 11:04 |
Çap et
İraqın baş naziri Heydər əl-Abadi İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizədə beynəlxalq cəmiyyətdən kifayət qədər dəstək görmədiklərini bildirib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir İŞİD-ə qoşulan xarici döyüşçü sayının artdığını iddia edib. Fransanın paytaxtı Parisdəki İŞİD-lə mübarizə konfransında danışan baş nazir təşkilatla mübarizəyə qarşı verilən dəstəyin yaxşı olmadığını bəyan edib:
“İraqa kömək mövzusunda çox danışılsa da , amma bununla bağlı heç bir iş görülmür. İŞİD-lə döyüşmək üçün daha çox silaha ehtiyacımız var. Keçmişdə cihadçıların 42 faizi xarici və 58 faizi İraqlı idi. İndi isə vəziyyət əksinə olub.
Təşkilatın daxilindəki İraqlı döyüşçülərin sayı 40 faiz, xarici döyüşçülərin sayı isə 60 faiz olub”.