Ziya Məmmədovla ABŞ səfiri nədən danışdılar?
Tarix: 2-06-2015, 18:13 | Çap et
Ziya Məmmədovla ABŞ səfiri nədən danışdılar?
Bu gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov ABŞ səfiri Robert Sekutanı qəbul edib.

Virtualaz.org nazirliyin məlumatına istinadən bildirir ki, Z.Məmmədov son illər Azərbaycan iqtisadiyyatının inkişafı, həyata keçirilən irimiqyaslı tədbirlər, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən danışıb.

Həmçinin, nazir nəqliyyat sektorunu əhatə edən bütün sahələr - dəmir yolu, dəniz, hava, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində səfirə ətraflı məlumat verib.

Görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr, nəqliyyat sahəsində görülən işlərdə ABŞ təcrübəsindən yararlanmaq üçün azərbaycanlı mütəxəssislərin Amerikaya göndərilməsi, həmçinin ABŞ şirkətlərinin Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirak imkanları məsələləri ətrafında fikir mübadiləsi aparılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net