NASA uçan boşqab hazırladı
Tarix: 2-06-2015, 17:38 | Çap et
NASA uçan boşqab hazırladı
NASA Marsa göndərmək üçün hazırlanan və “uçan boşqab” formasında olan kosmik aparatın sınaqlarına başlayır.

Lent.az-ın verdiyi məlumata görə, LDSD aparatı bu gün ABŞ Hərbi Dəniz Qüvvələrinin Havay bazasından buraxılacaq.

Yeni qurğu xarici görünüşünə görə “uçan boşqab”lara bənzəyir. Diskin ətrafı içərisində hava olan qurşaqla çərçivələnib. Bu, Marsın səthinə yumşaq eniş etməyə imkan verəcək. Sınaqlar zamanı LDSD Marsa göndərilməyəcək. O, 55 km yüksəyə qaldırılacaq və daha sonra tədrici enişə keçəcək. Aparatın yavaş şəkildə Sakit okeana düşməsi planlaşdırılır.

Eksperimentin məqsədi aparatın Marsın atmosfer qatlarına girişini modelləşdirmək və bu zaman bütün zəruri şərtləri yerinə yetirməkdir.

Aparatdan gələcəkdə Marsa iri qabaritli yüklərin daşınması üçün istifadə edilməsi planlaşdırılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net