Şəxsi maşın və taksilərdən istifadə etməkdən İMTİNA EDƏK - TƏKLİF VAR
Tarix: 2-06-2015, 17:35 | Çap et
Şəxsi maşın və taksilərdən istifadə etməkdən İMTİNA EDƏK - TƏKLİF VAR
“Biz Qeyri-Hökumət Təşkilatları və media rəhbərləri ictimaiyyətimizə nümunə olmalıyıq”.

Bunu Hafta.az-a açıqlamasında Türkiyə Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov deyib. Çingiz Bayramov olimpiya oyunları qabağı öz kolleqalarını və media rəhbərlərini şəxsi avtomobillərindən imtina etməyə çağırıb:

“Qeyri-Hökumət Təşkilatları və media rəhbərlərini paytaxtımızda keçiriləcək Avropa Oyunları qabağı şəxsi maşın və taksilərdən istifadə etməkdən imtina etməyə çağırıram. Bizlər ictimaiyyətimizə nümunə olmalıyıq. Sizi minik vasitəsi kimi velosipeddən istifadə etməyə dəvət edirəm. İşə gedib-gəlmək üçün velosipeddən istifadə etmək yaxşı olmazmı? Bəlkə şəxsi maşınlardan imtina edək?! Çünki Bakı bir Avropa şəhəridir. Avropa Oyunları qabağı şəhərimizdə tıxacların azalmasına da səbəb olacaq”.

Çingiz Bayramov velosipeddən istifadənin digər üstünlüklərindən də olduğunu bildirib:

“Bu insanların sağlamlığı üçün də çox yaxşıdır. Velosipeddən istifadə etməklə həm də şəhərimizi ekoloji cəhətdən təmiz saxlamış olarıq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net