Saakaşvilinin siyasi fəaliyyətinə qadağa qoyulur
Tarix: 2-06-2015, 17:18 | Çap et
Saakaşvilinin siyasi fəaliyyətinə qadağa qoyulur
“Mövcud qanuna görə, sabiq prezident Mixail Saakaşvili “Milli birlik hərəkatı”na başçılıq edə, yaxud Gürcüstanda hər hansı siyasi fəaliyyətlə məşğul ola bilməz. Belə ki, o, başqa dövlətin vətəndaşıdır”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Gürcüstanda Partiyaların Maliyyə Monitirinqi İdarəsinin sədri Zurab Aznauraşvili çıxış edib.

“Vətəndaşların siyasi birliklər yaratması haqda” qanuna əsasən Saakaşvili Gürcüstanda hər hansı siyasi fəaliyyətlə məşğul olmaq hüququnu itirir. Aznauraşvili istisna etməyib ki, sabiq prezident tələblərə məhəl qoymayacağı təqdirdə ona qarşı yeni sanksiyalar tətbiq olunsun.

Saakaşvilinin sədri olduğu “Milli birlik hərəkatı”ndan isə bildiriblər ki, sədrin dəyişilməsi məsələsi müzakirə olunmur.

Xatırladaq ki. keçən şənbə Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığı verərək, onu Odessa əyalətinin qubernatoru təyin edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net