"Qınadılar ki, kasıb ailə ilə qohum oldun" - Nailə Mirməmmədli
Tarix: 2-06-2015, 17:13 | Çap et
"Qınadılar ki, kasıb ailə ilə qohum oldun" - Nailə Mirməmmədli
Bəsətəkar Nailə Mirməmmədli oğlu Cavidanın toyundan danışıb.

Axşam.az-ın məlumatına görə, “Günə baxan” verilişinə qonaq olan əməkdar incəsənət xadimi şad günündə onu tək qoyan əzizlərindən bəhs edib:

“Gəlinimi 7 ildir tanıyıram. O ana-bala ilə bir evdə yaşamışam. Kasıb deyillər, orta təbəqənin insanlarıdır. Mənə var-dövlət yox, o ailənin isməti, düzgünlüyü lazım idi. Bir çox əzizlərim toya gəlmədi. Məni qınadılar ki, kasıb ailə ilə qohum oldun. Gözləyirdilər imkanlı ailənin qızını alacam. Deyirdilər ki, “Bu mərtəbəyə gəlmisən, niyə belə etdin?”. Heç kimi özümdən əskik hesab etmirəm. İnsanları kasıblığına, orta yaşamağına, təhsilsiz olmağına görə qınamıram. Əksinə, belə insanlara xüsusi hörmətim olur. Onların qayğıya ehtiyacı var. Övladıma toy etdim, xoşbəxtəm. Amma məni qınayan əzizlərimin şad günümdə gəlməməsi, ürəyimdə yara olaraq qalacaq”.

Qeyd edək ki, bəstəkarın oğlu Cavidan dünən Gulya adlı xanımla nikah masasına oturub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net