Məşhurlar Rəhmanın qızının toyuna gəlmədi - Foto
Tarix: 2-06-2015, 16:08 |
Çap et
Əməkdar artist Rəhman Rəhmanov qızına toy edib.
Axşam.az-ın məlumatına görə, aktyor bu haqda “Günə baxan” verilişində deyib.
O, məclislə bağlı təəssüratlarını bölüşüb:
“Toya çox məşhuru dəvət etmədim. Şou adamı deyiləm. Bir-iki müğənni çağırdım. Onlar da gələcəklərinə söz verdilər, amma gəlmədilər. Elariz Məmmədoğluna təşəkkür edirəm ki, gəldi, çıxış etdi. Gəlməyənlərdən incimirəm. Onların əvəzinə oğlum Emil oxudu. Çox gözəl bir ailə ilə qohum olmuşam. Mənim bir qızım var. Ona xoşbəxtlik arzulayıram".