Azərbaycan prezidenti Polşa baş nazirinin müavinini qəbul edib
Tarix: 2-06-2015, 16:06 | Çap et
Azərbaycan prezidenti Polşa baş nazirinin müavinini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Y. Pexoçinskinin Bakıda keçirilən XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransında iştirakını ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycanla Polşa arasında əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, investisiya qoyuluşu, ticarət və digər sahələrdə bundan sonra da fəal şəkildə davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Y. Pexoçinski isə qeyd edib ki, o, ölkəmizə səfərindən və müasir dünyada gedən prosesləri dərindən bilən siyasi xadim - Azərbaycan prezidenti ilə görüşməkdən məmnunluq duyur. Y. Pexoçinski ölkəsinin və özünün Avropa İttifaqında Azərbaycan prezidenti tərəfindən irəli sürülən təşəbbüsləri daim dəstəklədiklərini deyib. O, əldə olunan böyük nailiyyətlər münasibətilə prezident İlham Əliyevi Polşa hökuməti adından təbrik edib.

Görüşdə Azərbaycanla Polşa arasında kənd təsərrüfatı, qida sənayesi, infrastruktur, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net