Uyğurlara yeni vətən vədi ilə İŞİD TƏLƏSİ
Tarix: 2-06-2015, 15:29 |
Çap et
Şərqi Türküstandan təyyarə ilə İstanbula gətirdilən Uyğur türklərinin yeni vətən qurma vədi ilə aldadılaraq Suriyaya döyüşməyə aparıldığı ortaya çıxıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yanvar ayından bəri həyat keçirilən əməliyyatlarda 400 Uyğur türkü Suriyaya keçə bilməyərək tutulub.
Suriyadakı qarşıdurma bölgələrinə döyüşçü aparılmasını təşkil edən insan qaçaqçılarının bir müddətdir Şərq Türküstandan gələn Uyğur türklərini də aldadıb qarşıdurma bölgələrinə aparmağa çalışdığı ortaya çıxarılıb. Təşkilatçıların, Suriyaya aparmağa çalışdığı 400-ə yaxın Uyğur türkü sərhəddən keçə bilmədən təhlükəsizlik qüvvələri tərəfindən tutulub.
Ölkədə yaşanan daxili qarşıdurmalar nəticəsində bir çox bölgəsi “cihad ərazisi” halına gələn Suriya ilə əlaqədar yeni proseslər yaşanır. Son dövrdə dini motivli qarşıdurma qrupları ilə əlaqə quran və cihad bölgələrinə döyüşmək məqsədi ilə Türkiyəyə gələn başda Avropa ölkələrinin vətəndaşlarını Suriyaya aparan təşkilatçıların son hədəfinin Uyğur türkləri olduğu ortaya çıxıb.
Məlumatda qeyd edilir ki, qarşıdurma bölgələrinə döyüşçü aparan insan qaçaqçılarının, keçən ilin sonundan etibarən Çindəki Şincan Uyğur Muxtar Bölgəsində yaşayan türk soydaşların cənub şəhərlərinin sərhədlərindən qeyri-qanuni istifadə edilərək Suriya keçirib, xüsusilə İraq Şam İslam DÖvləti (İŞİD) terror qruplaşmasının tərəfində döyüşmələrini təmin etdikləri aydın olub. Bölgədəki kəşfiyyat qüvvələrinin verdiyi məlumatlara görə, ilk olaraq yanvar ayında hərəkətə keçən təhlükəsizlik qüvvələri aprelin əvvəlinə qədər İstanbul, Hatay və Kilisdə 20-dən çox həbs etmə reallaşdırıb.
Təşkilatçıların, xüsusilə İstanbulda əlaqə qurduqları adamlar vasitəsilə Şərqi Türküstandakı uyğurlarla əlaqə qurduqları, Uyğur pasportu alıb İstanbula gələnlərin təşkilatçıların əlinə düşdüyü aydın olub.
Yaşadıqları torpaqlarda Çin rəhbərliyindən narazı olan uyğurları, cihad bölgələrində daha rahat şərtlərdə həyata və dini vəzifələrini yerinə yetirmə asanlığı ilə döyüş olmayan bölgələrdəki boş torpaqlarda “yeni vətən qurma” vəd edərək aldadan təşkilatçıların Suriyaya keçirməyə çalışdığı 400-ə yaxın Uyğur türkü tutulub.
Şərqi Türküstandan hava yolu ilə əvvəl İstanbula gətirilən uyğurların, daha sonra Suriyaya keçirilməsi üçün quru yolundan istifadə etdiyi təsbit edilib. Suriyaya keçə bilmədən təhlükəsizlik qüvvələrinin tutduğu uyğurlardan bəzilərində türklərə aid pasportlar olduğu, bəzi uyğurların isə pasportlarını Türkiyədə itirdikləri istiqamətində ifadələr verdikləri öyrənilib.