
NATO Baltik ölkələri və Polşada hərbi təlimlərə start verib.
Axar.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlimlərdə 6 min hərbçi, 13 NATO üzvü və alyansa tərəfdaş olan ölkələr iştirak edir.
Qeyd edək ki, Rusiyanın qonşuluğunda baş tutan təlim “Qılınc zərbəsi - 2015” adlanır.