“Murad mənə daha bahalı hədiyyə verdi” - "Maşın" şou
Tarix: 29-05-2015, 15:10 |
Çap et
Aktyor Allahverdi Yolçuyev “Günə baxan” verilişində qonaq olub.
Axşam.az-ın məlumatına görə, aktyor xəstə anasını müalicə etdirən əməkdar artist Murad Dadaşova təşəkkür edib:
“Murad Dadaşov mənə maşından dəyərli hədiyyə verdi. Anam xəstə idi. Onu müalicə etdirib, həyata qaytardı. Bu gün anamı xəstəxanadan çıxardacam. Mal-mülk almaq olar, amma insan həyatını xilas etmək böyük işdir”.
Qeyd edək ki, A.Yolçuyev “Maşın” realiti-şousunun iştirakçılarından biri olub. Oyunda olduğu müddətdə anasının səhhəti pisləşmişdi. M.Dadaşov xanımın müalicəsini etdirmişdi.