Poroşenko inauqurasiya günü ölməli imiş - Onu kim və necə xilas etdi?
Tarix: 29-05-2015, 12:45 |
Çap et
Pyotr Poroşenko elə öz inauqurasiyası günü sui-qəsd nəticəsində ölə bilərmiş.
Avropa.info xəbər verir ki, bu haqda prezident mühafizəsinin başçısı Valeri Geletey danışıb.
“Zvezda” kanalına danışan Poroşenkonun adamı deyib ki, inauqurasiya günü partlayıcı və mismar dolu vedrə prezident korteji keçən yolun yaxınlığındakı hasara bağlanıb. Bomba mobil telefon siqnalı ilə partlamalı imiş.
Poroşenkonu o zaman adi bir hadisə xilas edib. Vedrəni hasara bağlayan naməlum şəxs aradan çıxarkən mühafizəçi kolların xışıltısını eşidib. Bundan sonra cangüdənlər ərazidə axtarış aparıblar və partlayıcı dolu vedrə tapıblar.
Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun inauqurasiya mərasimi 2014-cü ilin iyununda keçirilib. Mərasimdə 58 dövlətin nümayəndəsi iştirak etmişdi.