“Bir daha belə hadisə baş verməyəcək” – Oqtay Əsədov
Tarix: 29-05-2015, 12:43 | Çap et
“Bir daha belə hadisə baş verməyəcək” – Oqtay Əsədov
Bu gün Milli Məclisin yaz sessiyasının son iclası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, spiker Oqtay Əsədov bildirib ki, mayın 19-da Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib: “Nəticədə 15 nəfər həlak olub, onlarca yaralılar var. Prezident İlham Əliyev tərəfindən faciənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradılıb. Hazırda yanmış evlərin bərpası ilə bağlı işlər görülür. Əminəm ki, bu sahədə nöqsanlar tezliklə aradan qaldırılacaq, bir daha belə hadisələr baş verməyəcək”.

Daha sonra millət vəkilləri faciədə dünyasını dəyişənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net