Bakıda sovet çağına aid qəribə məzar - Foto
Tarix: 29-05-2015, 12:34 | Çap et
Bakıda sovet çağına aid qəribə məzar - Foto
Bakı qəbiristanlıqlarında son dövrlər tez-tez maraqlı və qeyri-adi məzarlara rast gəlmək mümkündür. Ancaq qəribə qəbir daşları əslində heç də son illərin dəbi deyilmiş. Axar.az-ın müxbiri Bakının Novxanı kəndində eyniadlı qəbiristanlıqda maraqlı qəbir daşının şahidi olub. Qəbiristanlıqdakı qəbirlərdən birinin sinə daşı yük maşını formasındadır.

Orta ölçülü qəbir daşı 1841-1961-ci illərdə yaşamış Sadıqov Məmmədbağır Məmmədsadıq oğluna aiddir. Qəbir daşının üstündə mərhumun sağlığında sürücü olduğu qeyd edilib. Qəbir daşı əvəzinə sürücünün idarə etdiyi yük maşınının orta ölçülü heykəlinin qoyulması da onun vaxtilə sürücü olduğunu deməyə əsas verir.

Bakıda sovet çağına aid qəribə məzar - Foto





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net