Nazir müavini rüşvət verərkən tutuldu
Tarix: 29-05-2015, 10:54 | Çap et
Nazir müavini rüşvət verərkən tutuldu
Qırığızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Maksat Çakiyev 1 600 dolar rüşvət verərkən tutulub.

"Report" Qırızıstan KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyinin Dövlət İstintaq İdarəsindən bildirilib.

"Çakiyev əməkdaşlarımızdan birinə 92 min som (1,6 min dollara yaxın - "Report") rüşvət verməyə cəhd edərkən tutulub" - idarədən bildirilib.

M.Çakiyev Qırğızıstan paytaxtı Bişkekdəki təcridxanada saxlanılır. 38 yaşlı Maksat Çakiyev həm də nazirliyin turzm idarəsinin direktorudur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net