Məhkəmə üç neftçinin evini qaytardı
Tarix: 28-05-2015, 14:54 |
Çap et
“Bir həftə ərzində beş iddia ərizəmiz təmin olunub. Çox şadam. Bu məhkəmə isə iki il idi davam edirdi. İşçilərin mənzilləri əllərindən alınmışdı.
Daha 3 nəfər neftçinin ARDNŞ tərəfindən pozulmuş mənzil hüquqları məhkəmə qərarları ilə bərpa olundu”.
Axar.az xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, rəhbəri olduğu təşkilatın müdafiə etdiyi neftçilərə məxsus mənzillərə qanunsuz köçürülmə olub. Həmin şəxslərin mənzillərdən və qeydiyyatdan çıxarılması barədə iddia tələbləri məhkəmədə təmin olunub.
M.Qəhrəmanlı qeyd edib ki, iddiaçılar - R.Şəmiyev, L.Haçıyev və B. Hüseynovun iddiası Səbail Rayon məhkəməsinin, Bakı Apelyasiya məhkəməsinin və Ali Məhkəmənin 27 May 2015-ci il tarixli qərarları ilə təmin olunub.