Bu bizim insanlıq borcumuzdur
Tarix: 28-05-2015, 14:14 |
Çap et
Təvəllüd tarixi təkcə fərdlərə aid deyil. Millətlərin bətnindən doğulan varlıqların da həyatında əlamətdar günlər mövcuddur.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc 28 May Müstəqillik günü ilə bağlı yazıb. Deputatın sözlərinə görə, müstəqil Azərbaycanın təqvimi elə yüklüdür ki, orda qırmızı və qara rənglərin dəqiq harmoniyasını tapmaq elə də asan deyil:
“Lakin bütün məhrumiyyətlərə baxmayaraq, milli iradəni vahid bir orqanizmdə - dövlətdə birləşdirmək mümkün olub. Siyasi və sosial statusundan asılı olmadan hər kəsin hesabşalacağı fakt budur. Cümhuriyyət məfkurəsi azadlığı tərənnüm edir, xalqın özgüvənini artırır və hər bir fərdin potensialını üzə çıxarmağa şərait yradır. İndi keçmiş sovet nəslinin yerinə də, xanlıqlar tariximizə də ayıq nəzərlərlə baxıb ibrətamiz nəticələr çıxarmaq imkanındayıq. 28 May istiqlalını ərsəyə gətirənlərə, müasir Azərbaycan dövlətinin qurucusuna - müstəqlilliyin təkcə bəyənnamə və aktlardan ibarət olmadığını dünyaya nümayiş etdirən böyük liderimizin ruhuna ən yüksək hörmət və ehtiramımızı göstərmək də bizim insanlıq borcumuzdur.
Dəyərlər hər kəsə layiqli qiymət verməklə formalaşır. Rəşadətli sovet şairi kimi dünyaya milli pasportunu təqdim edərək “biz varıq” deyə bilməyin fərəhini sizcə hansı hislərlə ifadə etmək olar? Hamınızı qanadları üstünə alan müstəqilliyin istənilən daxili sarsıntıya, fəlakət və işğala sonda qalib gələcəyinə ürəkdən inanın. Bəli, millətlər şəxsiyyət vəsiqələrini qanlı mübarzilərdə qazanırlar. Ad günü mübarək olsun dövlətimizin! Min yaşasın!”