Avropa paltarları Çin malı çıxdı - Milyonluq saxtakarlıq
Tarix: 28-05-2015, 11:48 | Çap et
Avropa paltarları Çin malı çıxdı - Milyonluq saxtakarlıq
Avropa məhsulu adı altında Türkiyəyə gətirilən paltarların Çin malı olduğu üzə çıxıb.

Musavat.com-un məlumatına görə, uzaq şərqdən gətirilən geyimlərdən daha çox vergi tutulduğu üçün məhsulu gətirənlər 900 milyon dollar dəyərində Çin malını Avropa malı adı ilə ölkəyə keçirib. Gömrük idarəsi harada istehsal olunduğunu araşdırmadan çox sayda pencək, şalvar, kostyumu ölkəyə buraxıb.

Bu qanunsuz idxal isə Türkiyəyə böyük vergi itkisi bahasına başa gəlib. Çindən çox ucuz qiymətə alınan geyimlər Almaniya, Belçika, Çexiya, Portuqaliyada hazırlanmış kimi Türkiyəyə gətirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net