Yol polisindən sürücülərə daha bir xəbərdarlıq
Tarix: 28-05-2015, 11:14 | Çap et
Yol polisindən sürücülərə daha bir xəbərdarlıq
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi mayın 28-də Respublika Günü münasibətilə Bakıda bayram şənliklərinin təşkili ilə əlaqədar yollarda yaranacaq mümkün vəziyyətlə bağlı əhaliyə xəbərdarlıq edib.

Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov SalamNews-a açıqlamasında əhaliyə bayram tədbirlərinin keçirildiyi ərazi istiqamətində ictimai nəqliyyatdan istifadənin tövsiyə edildiyini bildirib:

“Bakı şəhər Dövlət Yol Polisi İdarəsi 28 May - Respublika Günü Bakıda bayram şənliklərinin keçirilməsi ilə əlaqədar paytaxtın Neftçilər prospekti boyu, Dənizkənarı Milli Parkda möhtəşəm bayram konsertinin və atəşfəşanlığın keçirilməsi ilə əlaqədar tədbirə qatılmaq istəyən şəhər sakinlərinə və qonaqlara tövsiyə edir ki, həmin ərazidə yollarda sıxlığın, narahatlığın və yol-nəqliyyat hadisələrinin yaşanmaması üçün fərdi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net