Sevgilisini bıçaqlayan qadına həbs cəzası – 5 il 11 ay 28 gün
Tarix: 27-05-2015, 17:07 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlayan qadına hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən iclasda Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən Lətafət Qardaşxanova 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2014-cü ilin noyabr ayında Xətai rayonu ərazisində kirayədə yaşayan Masallı rayon sakini 1988-ci il təvəllüdlü Seymur Rahibli bıçaqlanıb. S.Rahibli istintaqa verdiyi ifadəsində bıçaqlanmadığını deyib. O, bildirib ki, limon doğrayan zaman özü-özünü bıçaqlayıb. İstintaq zamanı müəyyən olunub ki, Seymur Rahibli münaqişə zəminində qeyri-rəsmi yaşadığı Cəlilabad rayon sakini Lətafət Qardaşxanova tərəfindən bıçaqlanıb.