iPhone sahiblərinin diqqətinə: çox ciddi təhlükə yayılır - Foto
Tarix: 27-05-2015, 16:20 | Çap et
iPhone sahiblərinin diqqətinə: çox ciddi təhlükə yayılır - Foto
iPhone smartfonlarının işlədikləri iOS əməliyyat sistemindəki yanlışlıq telefonun kiçik mesaj vasitəsilə sıradan çıxmasına səbəb ola bilər.

Bu mesajı alan iPhone sahibi yeni məzmunlu SMS almayınca SMS bölməsinə daxil ola bilmir.

Milli.az 9to5 Mac-a istinadən bildirir ki, iPhone-lardakı iMessage bölməsindəki səhv təsadüfən aşkarlanıb.
Smartfonu sıradan çıxaran mətn ərəb əlifbasının hərflərindən ibarətdir. Bu mətni SMS vasitəsilə alındığı iPhone-da Messages bölməsi "donur", sonra iPhone sönür və yenidən yüklənir.
Daha sonra telefonun sahibi telefonunda Messages bölməsinə daxil olmağa çalışanda iPhone sönüb-yanır.

Hər cəhddə bu proses təkrarlanır.
Telefonu dövrü sönüb-yanmadan qurtarmaq üçün Messages vasitəsilə istifadəçi özünə SMS yollamalıdır. Bunu iPad və ya MacBook vasitəsilə etmək olar.

iPhone sahiblərinin diqqətinə: çox ciddi təhlükə yayılır - Foto





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net