Azərbaycanın pulları Türkiyəyə "uçur"
Tarix: 27-05-2015, 15:45 | Çap et
Azərbaycanın pulları Türkiyəyə "uçur"
2015-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitallı 60 şirkət, o cümlədən 16 səhmdar cəmiyyəti yaradılıb.

“Turan”-ın məlumatına görə, bu barədə Türkiyənin Palatalar və Birjalar Birliyindən bildirilib.

Səhmdar cəmiyyətlərin kapitalında Azərbaycan investorlarının iştirakı 76,5%-dir (4 milyon 391,5 min lirə). Azərbaycan sahibkarları məhdud məsuliyyətli şirkətlərin kapitalına isə 3 milyon 392 min lirə qoyublar.

İnvestorlarımız əsasən ticarət, ictimai iaşə, turizm, nəqliyyat və s. sahələrə sərmayə yatırırlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net