Bacısının evindən 140 min oğurlayan qardaş
Tarix: 27-05-2015, 15:38 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının evindən 140 min manat aparan Sahib Qasımovun cinayət işi üzrə hazırlı iclası keçirilib.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin və digərlərinin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxs Ağdam rayon sakini S.Qasımov bildirib ki, bacısı evindən pulu götürüb apararkən ondan şikayətçi olacaqlarını düşünməyib: “Heç ağlıma da gəlməzdi ki, buna görə mənə irad tutarlar. Bacım idi də, yaxın adamım idi. Fikirləşdim ki, məni bağışlayacaq”.
Məhkəmənin ilkin baxış iclası iyunun 2-ə təyin edilib.