Məşhur başqırd pəhləvanı Elbrus Niqmatullin ikimərtəbəli evi yerindən tərpədib. Axar.az rus mətbuatına istinadən xəbər verir ki, Niqmatullin Çelyabinskdəki 30 ton ağırlığında ikimərtəbəli evi yerindən tərpətməklə yeni rekorda imza atıb.
Pəhləvan təkcə 30 ton ağırlığındakı evi yerindən tərpətməyib, həm də onu zəncir vasitəsilə 2 metrdən çox dartıb.