Ermənistanın qələbə xəyalları belə ifşa edildi - TƏFƏRRÜAT
Tarix: 27-05-2015, 14:42 | Çap et
Ermənistanın qələbə xəyalları belə ifşa edildi - TƏFƏRRÜAT
Bir müddət öncə Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan Azərbaycanın yeni müharibəyə başlamaq istədiyini bildirmişdi.
Modern.az saytının məlumatına görə 1in.am portalı genişmiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə Ermənistanın üzləşəcəyi problemlər barədə analitik məqalə yazıb.

Məqalədə Ermənistanın yeni ehtimal olunan müharibədə qələbə qazana bilməyəcəyi və dolayı yolla da olsa, Azərbaycan torpaqlarının işğal olunduğu etiraf edilib:

“Deyilənlərdən belə aydın olur ki, silahlı qüvvələrimiz yeni ərazilər tuta bilər. Ermənistan bu müharibədə qalib gəlməyi xəyal edir. Amma Ermənistan qalib ola bilməz. Ümumiyyətlə, heç bir ərazi işğalı qələbə sayılmamalıdır”,-deyə bildirilib.

Vurğulanıb ki, genişmiqyaslı hərbi əməliyyatlar Azərbaycanın neft infrastrukturuna heç bir dağıdıcı təsir göstərməyəcək.

Erməni mediası açıq şəkildə etiraf edib ki, elektrik qiymətlərinin artması, hökm sürən iqtisadi böhran fonunda Ermənistan cəmiyyəti dərin depressiyada olduğuna görə onları müharibə maraqlandırmır.

“Ölkədə siyasi müxalifət də məhv edilib. Buna görə genişmiqyaslı hərbi əməliyyatlar zamanı müxalifət adından diqqəti Azərbaycana qarşı yönəltmək mənasını kəsb edən təbliğat aparılmayacaq.

İstəyirsən Konstitusiyanı dəyişdir, istəyirsən, elektrik enerjisinin qiymətini artır, onsuz da Ermənistan cəmiyyəti dərin depressiya içərisindədir. Belə sosial və siyasi problemlər ola-ola müharibə ilə diqqəti yayındırmaq mümkün olmayacaq”.

Qeyd edək ki, David Tonoyan, Azərbaycanın Avropa Oyunlarından sonra hərbi əməliyyatlara hazırlaşdığını bəyan edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net