Moldova Azərbaycandakı səfirin geri çağırılmasını şərh etdi
Tarix: 27-05-2015, 14:26 | Çap et
Moldova Azərbaycandakı səfirin geri çağırılmasını şərh etdi
Moldovanın Xarici İşlər Nazirliyi (XİN) 10 ölkədəki səfirinin, o cümlədən Azərbaycandakı səfir İqor Bodiunun geri çağırılması barədə məlumatı şərh edib.

Moldova XİN-dən "Trend"-ə verilən məlumata əsasən, ölkənin diplomatik xidmət haqqında qanuna müvafiq olaraq diplomatlar mandatlarının etibarlılıq müddəti başa çatdığına görə geri çağırılıb.

Qeyd edək ki, Moldova hökumətinin iclasında xarici işlər naziri Natali Germanın təklifi əsasında 10 səfir geri çağırılıb.

İ.Bodiu bu vəzifəyə 2010-cu ilin avqustunda təyin edilmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net