Şiələr həyəcanda: İŞİD Kərbəla yolunda
Tarix: 27-05-2015, 13:17 |
Çap et
İŞİD terrorçuları Ramadini işğal etdikdən sonra şiələrin müqəddəs məkanı olan Kərbəlaya doğru hərəkət edir.
Axar.az Rudav-a istinadən xəbər verir ki, Kərbəla vilayət məclisinin sədri Casim Fetlavi İŞİD-in şəhərə doğru irəlilədiyini, Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrin çağırışıyla şiə Haşdi əs Şabi qüvvələrinin bölgəyə gətirildiyini bildirib. Vilayət rəhbəri lazımi hərbi təchizata sahib olduqlarını və Kərbəlanı qoruyacaqlarını deyib:
“Kərbəla bizim üçün müqəddəs məkandır. Müqtəda əs-Sədrin çağırışıyla bölgəyə gəldik. Kərbəlanı İŞİD-ə məzar edəcəyik”.
Xatırladaq ki, Kərbəla paytaxt Bağdadın 100 km cənub-qərbində yerləşir.