"PFL-dən oyunun saatını dəyişməsini xahiş edəcəyik"- "Simurq" rəsmisi
Tarix: 27-05-2015, 11:52 |
Çap et
Maliyyə problemləri pik həddinə çatan “Simurq”un əvəzedici komandası bu gün “Xəzər Lənkəran”la qarşılaşmaq üçün hələ də cənub şəhərinə yollanmayıb.
“Qafqazinfo” xəbər verir ki, Zaqatala təmsilçisi saat 16:00-da oyuna çıxmalı olsa da, onlar hələ də səfərə gedə bilmir.
Klubun icraçı direktoru Vaqif Əliyev saytımıza açıqlamasında bu məsələyə belə aydınlıq gətirib: “Hələ də Lənkərana yollana bilməmişik. Lakin indi çalışırıq ki, bu məsələni həll edək. Düzdü. Saat 16:00-a kimi ora çatacağımız inandırıcı deyil. Ona görə də PFL-dən xahiş edəcəyik ki, oyununun saatını dəyişsin. Hazırda ofisə gedirəm. Bir yolla problemi həll etmək istəyirik”.
Əliyev əsas komandanın da durumuna şərh verib: “İnanıram ki, əsas komanda da bu gün səfərə gedə biləcək. Bütün problemləri yoluna qoymaq üçün əlimizdən gələni edirik”.