FİFA-nın 10 rəhbər şəxsi həbs edildi
Tarix: 27-05-2015, 11:07 |
Çap et
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 10 yüksək səviyyəli üzvü İsveçrədə həbs olunub.
Axar.az xəbər verir ki, polis dünyanın ən böyük idman təşkilatının rəhbər şəxslərinin vəzifələrindən sui-istifadə etməkdə təqsirli bilindiyini qeyd edib.
Həbs olunan şəxslərin adları açıqlanmasa da, onların bir qisminin ABŞ-a ekstradisiya olunacağı gözlənilir.
“Nyu York Tayms”ın məlumatına görə, açılan istintaq FİFA prezidenti Yozef Blatterə qədər uzana bilər.