Deputat: “Biz bunu çoxdan haqq etmişik”
Tarix: 27-05-2015, 10:40 | Çap et
Deputat: “Biz bunu çoxdan haqq etmişik”
“İlk Avropa Oyunları ölkəmizin qarşısında geniş imkanlar açacaq. Bu bizə imkan verəcək ki, Azərbaycan mədəniyyətini, turizmini, idmanını dünyaya tanıdaq”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov söyləyib.

Onun sözlərinə görə, uğurlu və dinamik inkişafı, daxili sabitliyi ilə Azərbaycan bu tədbirə ev sahibliyi etməyi haqq edib:

“Bu gün dünyanın bəzi ölkələri daxili problemləri, hərc-mərcliyi, qeyri-sabitliyi ilə diqqət mərkəzinə gəlir. Azərbaycan isə daxildə sabitliyin ən yüksək səviyyədə təmin olunduğu ölkələrdəndir. Digər yandan ölkəmizdə möhtəşəm quruculuq, abadlıq işləri görülür. Bakı dünyanın ən gözəl şəhərləri sırasına daxil olur. Digər yandan idman nailiyyətlərimiz də az olmayıb. Nəticədə Avropanın özü üçün əlamətdar sayılan Avropa Oyunları ilk dəfə ölkəmizdən start götürəcək. İlk Avropa Oyunları ilə bağlı görülən işlər əminliklə deməyə imkan verir ki, ölkəmiz bu sınaqdan uğurla çıxacaq. Bu Azərbaycanın qarşısında çox böyük imkanlar yaradacaq. Dünyanın diqqəti ölkəmizə yönələcək, turizm potensialımız artacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net