Sərxoş Serjin araq qonaqlığı
Tarix: 27-05-2015, 10:37 | Çap et
Sərxoş Serjin araq qonaqlığı
Keçən il yüksək çinli qonaqlara hədiyyə verilən konyak dəstələrinin və bahalı gümüş qədəhlərin sayının çoxluğu erməni parlamentində həyəcan doğurub.

Deputatlar maraqlanıblar ki, yüksək səviyyəli qonaq statusu olanlara niyə belə bahalı hədiyyələr verilib?

İrəvanın vitse-meri Kamo Areyan dərhal buna reaksiya verib. "Bizim bu qədər bahalı hədiyyələr verməyimiz heç də pulu yelə verməyimiz deyil. İrəvan heç də başqa şəhərlərdən əskik deyil", - deyə yüksək çinli məmur bildirib. "Burada yüksək çinli qonaqların qəbulu üzrə protokollara riayət etməyi bacarırlar".

Amma qonaqlara bahalı içkilərin və onları içmək üçün bahalı qabların hədiyyə edilməsinin hansı protokolda yazıldığını o bildirməyib. Yerli ekspertlər hesab edir ki, bu, bir sıra məmurların müəyyən məqsədə çatması üçün verdiyi ən adi rüşvətdir, sadəcə, üstü yüngülvari pərdələnib. Bu pərdəni yalnız hüquq-mühafizə orqanları götürə bilər.

Ekspertlər düşünür ki, meriya bu cür bahalı hədiyyələrə xərclədiyi pulu Ermənistan paytaxtının yoxsul ailərlərinin ehtiyaclarına yönəltsə idi daha yaxşı olardı. Çünki İrəvanda yoxsul ailələrin sayı həndəsi silsilə ilə artır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net