Millət vəkili: "Pişiyin əli ətə çatmayanda, deyər çiydir"
Tarix: 26-05-2015, 16:36 | Çap et
Millət vəkili: "Pişiyin əli ətə çatmayanda, deyər çiydir"
"Gözəl bir atalar misalı var: "Pişiyin əli ətə çatmayanda deyər çiydir". İndi bəzi qara qüvvələr Azərbaycanın uğurlarını həzm edə bilmir və ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar".

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Yevda Abramov söyləyib.

Onun sözlərinə görə, Azərbaycan ilk Avropa Oyunlarına ən yüksək səviyyədə hazırlaşıb:

"Bu Oyunlar keçirilən zaman bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Hamı Azərbaycanın necə təhlükəsiz, humanist və qonaqpərvər olduğunu görəcək. Bu da dövlətimizə inamı artıracaq, ölkəmizin dünyada nüfuzunu daha da gücləndirəcək, ölkəmizə turist axınını artıracaq. Bu təkcə idman hadisəsi yox, həm də beynəlxalq uğurdur. Özü də ölkəmizin əldə etdiyi uğurlar silsiləsinin davamıdır. Heç şübhəsiz dövlətimizin dinamik inkişafı, dünya səviyyəli mötəbər yarışlara ev sahibliyi etməsi bəzi təxribatçı qüvvələri qıcıqlandırır. Onlar hər vəchlə bizi gözdən salmaq istəyirlər. Lakin unudurlar ki, təxribatçı fəaliyyətləri bu dəfə də nəticəsiz qalacaq və yekunda məyus olacaqlar".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net