“28 Mayda aministiya gözlənilir” – EKSPERT PROQNOZLARI
Tarix: 26-05-2015, 15:34 | Çap et
“28 Mayda aministiya gözlənilir” – EKSPERT PROQNOZLARI
Bunu Hafta.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Elçin Behbudov 28 May Respublika günündə əfvlə bağlı gözləntilərindən danışarkən deyib. Elçin behbudov bildirib ki, günahsız, təsadüf nəticəsində həbsxanaya düşmüş insanların hamısının əfv olunmasını istiyərdim:

“Respublika günü ilə əlaqədar əfv sərəncamının olub – olmayacağını deyə bilmərəm. Ancaq eşitdiyimə görə, 28 Mayda aministiya gözlənilir. Dəqiq deyə bilmərəm, amma artıq bu haqda danışılır. Hətta bununla bağlı dustaqların və komitənin adından prezidentə müraciət etmişəm. Günahsız, təsadüf nəticəsində həbsxanaya düşmüş insanların hamısının əfv olunmasını istiyərdim”.

Elçin Behbudov hazırda iş qrafiklərinin sıxlığından da danışıb:

“Hazırda mən müavinlərimlə birlikdə Gəncəbasar bölgəsinə gedirik. Manitorinqlər keçirəcəyik. Sabah isə Tərtər və Bərdə polis idarələrində vətəndaş – polis münasibətlərinə həsr olunmuş seminarımız baş tutacaq. Yaxın bir – iki gündə isə Bayraq meydanının keçmiş müdiri Rəşad Məmmədovla görüşməyə gedəcəyəm”.

İşçi Qrupun üzvü Sahib Məmmədov isə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu əfvlə bağlı öz tövsiyələrinin artıq Əfv Komissiyasına təqdim edildiyini deyib: Sahib Məmmədov bildirib ki, xəstəliklə bağlı, məhbusların cəzasının çox hissəsini çəkməsi ilə bağlı təkliflərimiz var:

“Həmin məhbusların içərisində ictimai fəaliyyəti olan adamlar da, adi vətəndaşlar da var. Onların hamısı Əfv Komissiyasına istiqamətlənib. Sonrakı iş də Əfv Komissiyasına məxsusdur. 28 may Respublika günü, o cümlədən qarşıda Qurtuluş Günü var. Mümkündür ki, bu ərəfədə hansısa bir şey ola bilər. Amma hər hansı bir məlumatm yoxdur və proqnoz verməkdə çətinlik çəkirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net