Diabet xəstələrində korluğun qarşısı alına bilər
Tarix: 26-05-2015, 15:21 |
Çap et
Beynəlxalq tibb işçilərindən ibarət kollektiv diabet xəstələrinin orqanizmində korluğun yaranmasına səbəb olan zülal və qalıqlar aşkar ediblər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, həmin zülal düzgün işləmədiyi halda xəstələrdə korluq yarana bilər.
Tibb işçiləri zülalın düzgün olmayan işinin qarşısını uğurla ala biliblər. Onlar ümid edirlər ki, yaxın zamanlarda diabet xəstələrində korluğun qarşısını ala biləcək dərman preparatları hazırlaya biləcəklər.